“Kürd Amo”nu avtomobillə vurub öldürdülər - foto

Goranboy rayonunun Veyisli kəndində “Kürd Amo” kimi tanınan Əhməd Ərəbovu avtomobil vurub öldürüb. Bu barədə Qafqazinfo məlumat yayıb. 

Nəşr bildirir ki, “Ford Fusion” markalı minik maşını ilə hərəkətdə olan Tarzan Şamilov həmkəndlisi Əhməd Ərəbovu vurub. Ağır xəsarət alan Ə.Ərəbov xəstəxanada ölüb.

Qeyd olunur ki, Əhməd Ərəbov kənddə “Kürd Amo” kimi tanınıb. O, 3 il əvvəl külli miqdarda qanunsuz narkotik dövriyyəsinə görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

“Kürd Amo”nun yaxınları və şahidlər iddia edir ki, qohumu Tarzan Şamilov hadisəni qəsdən törədib. Belə ki, sürücünün maşınla mərhumun üstündən bir neçə dəfə keçdiyi də deyilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qəza  törədərək hadisə yerindən yayınan T. Şamilov saxıanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ