Yeni Azərbaycan Partiyasının İdarə Heyəti sabah toplanır.
Partiyanın qərargahında keçiriləcək vacib iclasın səbəbi növbədənkənar parlament seçkiləridir.
İclasda YAP-ın bu seçkilərə hansı namizədlərlə gedəcəyi müəyyənləşəcək.
Hakim partiyanın sabiq deputatlarının bu seçkilərdə iştirak edib-etməyəcəyi də maraqla gözlənilir.