Hüseynbala Mirələmov oğlunun su borcundan danışdı

Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmovun oğlu su pulunu ödəmədiyi üçün məhkəməyə verilib.

Məlumata görə, Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayan Fərid Mirələmovun həmin ünvan üzrə mənzilə verilən içməli suya görə borcu yaranıb. Bu səbəbdən "Azərsu"ASC Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb.

Hüseynbala Mirələmov oğlunun su pulunu ödəmədiyi üçün məhkəməyə verilməsinin təfərrüatı ilə bağlı Modern.az-a danışıb.

Keçmiş deputat vurğulayıb ki, hadisənin görünməyən tərəfləri var:

“Oğlumun vaxtilə bir yerdə işlədiyi dostu var. O, mənzil şəraiti yaxşı olmadığına görə oğluma müraciət edib, Fəridin Şüvəlandakı bağ evində qalmaq istəyini dilə gətirib. Oğlum da deyib ki, "get, qal". Dostu oğlumun Şüvəlandakı bağ evində qalıb, bütün kommunal xidmətlərdən istifadə edib. Lakin su pulunu ödəməyib. Bağ oğlumun adına olduğuna görə, borc onun adına yazılıb. Oğlum həmin adama zəng edib məsələni danışıb. Elə dünən, ya əvvəlki gün həmin adam özü ödənişi edib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ