Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) III kurs tələbəsi İmran Cəbrayılov dənizdə batıb.
“İmran 554 bal ilə universitetə daxil olmuşdu. Çox fəal tələbə idi. Dərslərini yaxşı oxuyur və məsuliyyətli idi. Üzücü xəbər oldu. Universitetimiz üçün ağır itki oldu. Çox kədərləndik. Ailəsi ilə birlikdə Nardaranda yaşayırdı. Ailəsinə başsağlığı verib, səbr diləyirik”, universitetin mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, daha əvvəl iyulun 14-də Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan Məhəmməd Nəsirovun meyiti sudan çıxarılmışdı.