Antarktidada hava rekord dərəcədə istiləşib

Antarktidada Ukraynanın “Akademik Vernadski” stansiyasında temperatur rekordu qeydə alınıb. 

Buta.media-nın xəbərinə görə, bu barədə Ukrayna Milli Antarktida Mərkəzi məlumat yayıb.

Burada havanın temperaturu 12,7 dərəcə istiyə qədər yüksəlib. 

Anomal istilər digər stansiyalarda, o cümlədən “Kinq-Corc” stansiyasında da müşahidə olunub. Alimlər temperaturun yüksəlməsini “atmosfer çayı” ilə əlaqələndirirlər - tropiklərdən Antarktidaya isti hava kütləsini gətirən atmosfer rütubətinin yüksək konsentrasiyası olan dar zolaq. Anomal istələrə “dağ feni” effekti də - dağlardan əsən isti külək - təsir edib.

Bundan əvvəlki rekord 1985-ci ildə qeydə alınmışdı - 11,7 dərəcə isti. Alimlər həmçinin belə temperatur rekordlarının qlobal istiləşmənin göstəricisi olduğunu bildirirlər. 

Fevralın əvvəlində alimlər Antarktidada buzlaqların sürətlə əriməsini qeydə alıblar. Bu proses dəniz səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb ola bilər. Payn-Aylend və Tueyts buzlaqları rekord səviyyədə əriyiblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ