İlham Əliyev yeni icra başçısı təyin etdi

Azərbaycan Prezidenti İlham Əliyev Daşkəsənə yeni başçı təyin edib. 

Dövlət başçısının sərəncamı ilə Orxan İrşad oğlu Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Orxan Abbasov bu təyinatadək Elm və Təhsil Nazirliyinin tabeliyindəki Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi vəzifəsində çalışıb./

Qeyd edək ki, Daşkəsənin keçmiş icra başçısı Əhəd Abıyev ötən ilin 17 iyulunda işdən azad edilib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ