Azərbaycanda deputat olmaq istəyənlərin sayı açıqlandı

“307 nəfərin deputatlığa namizədliyi irəli sürülüb”.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.

MSK sədri bildirib ki, deputatlığa namizədliyi irəli sürülən 307 nəfərdən 150-sinin namizədliyi təsdiqlənib, onlardan 114 nəfərə imza vərəqi verilib.

Məzahir Pənahov əlavə edib ki, indiyə qədər 20 siyasi partiyanın 519 səlahiyyətli nümayəndəsi qeydə alınıb.O, digər qalan partiyaları da seçki prosesində iştirak etməyə çağırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ