Vaşinqtonda Bayramov, Mirzoyan və Blinken arasında görüş keçiriləcək

İyulun 10-da Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ermənistanlı həmkarı Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş keçiriləcək.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.

O, baş tutacaq görüşün digər təfərrüatı barədə məlumat verməyib.

Mənbə: Sputnik Ermənistan

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ