Türkiyədə sosial media fenomeni olan cütlük həbs olundu - foto

Türkiyənin İstanbul şəhərində gözəllik mərkəzinin sahibi və sosial media fenomeni Neslim Güngen ilə həyat yoldaşı İnanç Güngen saxlanılıb.

Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

O bildirib ki, İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları və İstanbul Baş Prokurorluğu tərəfindən aparılan araşdırma çərçivəsində çoxsaylı şəxsləri yaxından izləyiblər. Hesabatlar, fenomenlərin bank hesab fəaliyyətləri, əlaqəli olduqları şəxslər geniş şəkildə araşdırılıb, sonra Neslim Güngen və həyat yoldaşı İnanç Güngenə qarşı əməliyyat keçirilib.

Ümumilikdə 25 vilayətdə keçirilən əməliyyatlarda 54 şübhəli şəxs saxlanılıb.

Neslim Güngen və İnanç Güngen cinayət törətmək məqsədilə təşkilat qurmaq, cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərini leqallaşdırmaq, rəsmi sənədlərdə saxtakarlıq və dələduzluq ittihamları ilə saxlanılıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ