Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7 032 yeni yoluxma faktı qeydə alınıb, 5 285 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Buta.media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 710 366 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 653 797 nəfər müalicə olunaraq sağalıb, 8 920 nəfər vəfat edib, aktiv xəstə sayı 47 649 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 889, ötən müddət ərzində isə ümumilikdə 6 296 788 test aparılıb.