Bakıda özəl klinikada sünnət olunan uşaq öldü

Bakıda Yasamal rayonunda yerləşən özəl klinikalardan birində ölüm faktı qeydə alınıb. Bu barədə Lent.az saytı yazıb.

Nəşr bildirir ki, klinikaya sünnət olunmaq üçün gətirilən Abşeron sakini, 4 aylıq Məhəmməd Əliyev qəfil dünyasını dəyişib.

Körpənin hansı səbəbdən öldüyü hələlik açıqlanmır. 

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırmalara başlanılıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ