Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə - Hollandiya oyunundan sonra millinin paltardəyişmə otağına düşərək futbolçuları Avropa çempionatındakı layiqli çıxışlarına görə təbrik edib.
Xatırladaq ki, Türkiyə 1/4 finalda Niderland yığmasına 1:2 hesabı ilə məğlub olub. Oyun Berlində baş tutub. 1/4 finala gedən yolda Gürcüstan, Çexiya və Avstriyanı məğlub edən türklər Portuqaliyaya uduzub.
Hollandiya millisi Avro-2024-ün yarımfinalında İngiltərə ilə qarşılaşacaq.