Təhsil Nazirliyinin göstərdiyi striptiz

Müğənni Afaq Aslanın Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri qarşısına çıxdığı geyim böyük qalmaqala səbəb olub.

 

Buta.media-nın məlumatına görə, müğənni Novruz bayramı ilə əlaqədar bir sıra tədbirlərdə iştirak edib.

 

İfaçının tələbələr qarşısına çıxdığı geyim sosial şəbəkələrdə kəskin tənqid olunub, istifadəçilər Afaq Aslanın obrazını çox vulqar hesab ediblər.

 

Bir çoxları isə vəziyyətin bu yerə çatmasında birbaşa Təhsil Nazirliyi və universitet rəhbərliyini ittiham ediblər.

 

 

Məsələ o yerə çatıb ki, müğənninin ifasına görə universitet açıqlama yaymağa məcbur olub. 

 

Universitetin ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Bəhruz Nəzərov bildirib ki, A. Aslan tələbələrin istəyi ilə tədbirə dəvət edilib: 


 
“Afaq Aslanın xarici görünüşü ilə bağlı onu deyə bilərəm ki, o geyimdə televiziya və digər mətbuat orqanlarında da çıxış edib. Sənətçilərin səhnə geyimləri bir qədər fərqli olur. 

 

Afaq Aslanı universitet yox, Tələbə Həmkarlar Komitəsi və konsert təşkilatçıları konsertə dəvət edib. Onlar da tələbələrin istəyini nəzərə alaraq belə addım atıblar. Konsertdə təkcə Afaq Aslan yox, muğam və digər musiqi növünün nümayəndələri də çıxış ediblər”.

 

 

Sosial şəbəkələrdə isə nə Afaq Aslanın geyimi, nə də univsersitetin özünə haqq qazandırması birmənalı qarşılanmayıb.

 

İstifadəçilər hesab edirlər ki, belə yanaşma onsuz da pis vəziyyətdə olan təhsilimizi daha da uçuruma aparır.

 

Arxa fondakı yazıda “təhsil bizim gələcəyimizdir” yazılıb. Bəs görəsən bizə belə gələcək lazımdır?

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ