Xırdalanda küçədə su borusu partlayıb. Hadisə şəhərin 28-ci məhəllə adlanan ərazisində baş verib.
Görüntülərdən bəlli olur ki, suyun yüksək təzyiqi onun ətrafa yayılmasına səbəb olub.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, artıq əraziyə əməkdaşlar göndərilib:
“Həm “Azərsu”, həm də RİH-in əməkdaşları ilə birgə yerində baxış keçirilib. Magistral su xəttində qəza olub. Suyun təzyiqi aşağı düşəndən sonra “Azərsu” əməkdaşları tərəfindən işə başlanılacaq. 1-2 saata bərpa işləri başa çatacaq”.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə qeyd edib ki, problem artıq həll olunur:
“Xırdalanda şəbəkə xəttində qəza var idi. Məlumat daxil olan kimi, yönləndirilib. Artıq suyun verilməsi dayandırılıb. Axıntının qarşısı alınıb və təmir olunub. Yaxın 1 saat ərzində işlər yekunlaşacaq”.