Tramp və Putin Ukraynanı bölürlər?

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynada müharibəyə son qoymaq planı çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Moskvanın ələ keçirdiyi Ukrayna ərazisinin hansı hissəsini saxlaya biləcəyi ilə bağlı danışıqlar aparır. Bu barədə “Politico” iki milli təhlükəsizlik ekspertinə istinadən yazır.

“Politico” bu danışıqların hansı formatda aparıldığı və hansı mərhələdə olduğu, eləcə də hansı ərazilərin müzakirə edildiyi barədə ətraflı məlumat vermir. Eyni zamanda, nəşrin mənbələrinə görə, Tramp Putinlə hansı ölkələrin, xüsusən də Ukrayna və Gürcüstanın NATO-ya üzv ola biləcəyi ilə bağlı saziş bağlamaq imkanını nəzərdən keçirir.

Nəşr Ukraynadakı münaqişənin həllini Trampın NATO ilə bağlı geniş planının bir hissəsi adlandırır. Nəşrin həmsöhbətləri iddia edirlər ki, Trampın rəhbərliyi altında ABŞ çətin ki, NATO-dan tamamilə çıxsın, lakin gələcək prezidentin planları alyansın “ikipilləli sistem”inə keçidi nəzərdə tutur.

Bu o deməkdir ki, ÜDM-in 2%-lik xərcləmə hədəfinə çatmayan ölkələr “səxavətli müdafiə xərclərindən və ABŞ-ın təhlükəsizlik zəmanətindən faydalana bilməyəcəklər”. Nəşr qeyd edir ki, bunu alyans üzvlərindən birinə hücum zamanı kollektiv müdafiəyə zəmanət verən 5-ci maddəsinin pozulması hesab etmək olar.

“Politico” bildirir ki, ABŞ Almaniya, İngiltərə və Türkiyədəki hərbi hava qüvvələrini və bazalarını tərk edərək, Avropa üzərində “nüvə çətiri” saxlamağı planlaşdırır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ