Fransada parlamentə 180-dən çox namizəd Marin Le Penin sağçı “Milli birlik” partiyası ilə mübarizə aparmaq üçün seçkilərdən geri çəkilib. Bu barədə “Le Monde” nəşri məlumat verib.
Qeyd olunur ki, Fransa prezidenti Emmanuel Makronun “Respublika naminə birlikdə” koalisiyasından və solçu “Yeni Xalq Cəbhəsi” blokundan deputat mandatı üçün 185 namizəd sağçı partiyanın seçkilərdə qalib gəlməsinin qarşısını almaq üçün namizədliyini geri götürüb.
“Solçuların 121, prezidentin koalisiyasından 60 və digər partiyaların bir neçə namizəd ikinci turda iştirakdan imtina edib”, – qəzet yazır.