Goranboyda 40 yaşlı Yardımlı sakini Pərviz Əliqulu oğlu Şərbətov dünyasını dəyişib.
“Unikal” xəbər verir ki, hadisə Safıkürd kəndində keçirilən toy mərasimində baş verib.
Belə ki, 1984-cü il təvəllüdlü Pərviz Şərbətovun vəziyyəti toy məclisində qəfil pisləşib və ölüb. Bildirilib ki, Pərviz Şərbətov kapitandır. O, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Ordusunun zabiti Şərbətov Pərviz Əliqulu oğlu məzuniyyətdə olarkən səhhətində qəfil yaranan narahatlığa görə Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılan zaman kəskin ürək-damar, ağciyər çatışmazlığı ilkin diaqnozu ilə vəfat edib.
Hazırda faktla bağlı araşdırma aparılır.