II Elizabet Britaniyanın növbəti kraliçasının adını açıqladı

II Elizabet Böyük Britaniyanın növbəti kraliçasının adını açıqlayıb.

Buta.media-nın xəbərinə görə, bu barədə Bukingem sarayının II Elizabetin taxta çıxmasının 70-ci ildönümü ilə bağlı yaydığı məlumatda deyilir.

II Elizabet bəyan edib ki, oğlu Çarlz taxta çıxandan sonra onun həyat yoldaşı Kamilla konsort kraliça olacaq. O bildirib ki, vətəndaşların gələcək kraliçaya ona göstərdiyi dəstəyi verəcəyinə ümid edir.

Şahzadə Çarlz II Elizabetin böyük oğlu və Britaniya taxt-tacının növbəti sahibidir. Çarlzdan əlavə kraliçanın üç övladı var: şahzadə Anna, Edvard və Endryu. Britaniya taxt-tacına ikinci növbə Çarlzın oğlu Uilyama məxsusdur. Onun kiçik qardaşı Qarri 2020-ci ildə kral ailəsinin üzvü səlahiyyətlərindən imtina edərək ABŞ-a köçüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ