Mahir Quliyevin cəzası azaldıldı

Biləsuvarın məhkum edilmiş sabiq icra başçısı Mahir Quliyevlə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə eks-icra başçısının şikayətini qismən təmin edib.

Qərara əsasən, M.Quliyevin cəzası 11 ildən 8 il 3 aya endirilib.  

Məlumatı onun vəkili Ceyhun Yusifov saytımıza təsdiq edib.

Xatırladaq ki, M.Quliyev 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. Korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Onun Bakıda yerləşən 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ