Heyvanı xilas etmək istəyərkən özü öldü

Kürdəmir rayonunun Təklə kəndində göldə batan şəxsin kimliyi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, vəfat edən şəxs rayonun Mürtülü kənd sakini 1974-cü il təvəllüdlü Vasif Ələddin oğlu Mahmudov olub.

Belə ki, V.Mahmudov ərazidə iribuynuzlu mal-qaranı otararkən heyvanlardan biri gölə girib. O, heyvanı göldən çıxarmaq üçün özü suya girməyə qərar verib. Bu zaman 50 yaşlı kişi özü boğularaq ölüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ