Azərbaycanlı Moskvada qız üstündə adam güllələdi

Azərbaycan əsilli şəxs Rusiyanın paytaxtı Moskvada Tacikistan vətəndaşını güllələyib.
 
Lenta.ru portalının məlumatına görə, hadisə paytaxtdakı kafelərdən birində baş verib.
 
Azərbaycanlı və tacik kafedə qızla rəqs etmək üstündə mübahisə edib. Bu zaman onlar mübahisəni kafedən bayırda davam etdirmək qərarına gəlib.
 
Azərbaycanlı travmatik tapançadan tacikə atəş açıb. O, yaralı halda xəstəxanaya çatdırılıb.
 
Həmin şəxs saxlanılıb. Faktla bağlı araşdırmalar başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ