Bakıdakı qətlin təfərüatı: “Qara maşın saxladı, silahı çıxarıb güllələdi” - video

Dünən axşam paytaxtın Nərimanov rayonunda baş vermiş güllələnmə hadisəsinin bəzi detalları məlum olub.

APA TV-yə danışan şahidlərin sözlərinə görə, qətlə yetirilən 24 yaşlı Tural Kosayev əraziyə bir xanımla gəlibmiş.

İlkin ehtimallara əsasən, cinayət qısqanclıq zəminində baş verib:

“Turalın maşınında xanım da əyləşmişdi. Arxasında isə qara maşın saxladı. Daha sonra avtomobillərdən düşdülər. Mərhum qıza görə İsmayıl Allahverdiyevi təhqir etdi. Mübahisədən sonra o, qaçmağa başladı, İsmayıl isə belindən silahı çıxararaq Turala atəş açdı”.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı İ.Allahverdiyev saxlanılıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ