Bakıda “Metro Park”ın qarşısında gənc oğlanı güllələdilər - video

İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Tural Kamil oğlu Kosayevin odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü İsmayıl İbrahim oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

21:43

Bakının Nərimanov rayonunda gənc oğlan güllələnib. 

Görüntüləri Oxu.Az saytı yayıb.

Hadisənin “Metro Park” TM-nin qarşısında baş verdiyi bildirilir. Əməli törədən şəxs hadisə yerində qaçıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ