Azərbaycan sülhməramlılardan istədiyinə nail oldu

Rusiya Sülhməramlı kontingenti məsuliyyət zonalarında hərəkət edən Azərbaycana məxsus heç bir avtomobil karvanına bundan sonra heç bir erməni yaraqlınını yaxınlaşmayacağına dair zəmanət verib.

“Bir müddət əvvəl Kəlbəcərə gedən Azərbaycan avtomobilləri Rusiyanın ərazidə xidmət aparan sülhməramlıları tərəfindən yoxlanılarkən rusların yanında erməni seperatçısı da olub”. - Bunu Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu bildirib.

Onun hərbi mənbələrdən əldə etdiyi məlumata görə, artıq bu barədə Azərbaycan tərəfi Rusiyanın ərazidəki sülhməramlılarının rəhbərliyinə narazılığını və etirazını bildirib:

“Rusiya sülhməramlılarının rəhbərliyi də bir də belə hala yol verilməyəcəyinə söz veriblər! Ümid edirəm ki, belə hal bir daha təkrarlanmayacaq! Qarabağ Azərbaycandır!”

Qeyd edək ki, bir neçə gün bundan öncə Rusiya sülhməramlılarının müvəqqəti xidmət zonasında Azərbaycan tərəfinə məxsus avtomobil karvanına aparılan yoxlamalar zamanı sülhməramlı kontingentin yanında erməni separatçılarının da olması qalmaqala səbəb olmuşdu. Görüntülər Azərbaycan ictimaiyyəti tərəfindən qəzəblə qarşılandı və yerli mətbuatda sərt tənqid hədəfinə çevrildi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ