“Bir il idi ki, nişanlı idi. 4-5 ay sonra toyunu edəcəkdik”.
Bu sözləri Baku TV-yə Bakıdakı silahlı insident zamanı həlak olan polis serjantı Mahir Ağayevin atası Mayıl Ağayev deyib.
“Hər gün qardaşını, məni öpüb işə gedirdi. Polislər hamımızın balalarıdır. Çalışaq, onlara ziyan verməyək. Valideynləri üçün ağır olur. İnsanı öldürmək olmaz. O adamı Allah da bağışlamır”, - deyə M.Ağayev əlavə edib.