“Karib dənizinin quldurları” aktyoru və sörfçü Tamayo Perri Havay adalarında sörfinqlə məşğul olarkən köpək balığının hücumu nəticəsində ölüb. Bu barədə “Daily Mail” məlumat yayıb.
“Tamayonun şəxsiyyəti “yoluxucu” idi və insanlar onu nə qədər çox sevsələr də, o hamını daha çox sevirdi”, dedi Honolulu Okean Təhlükəsizliyi rəisi vəzifəsini icra edən Kurt Laqer deyib.
O, mətbuat konfransında aktyorun ölümünü təsdiqləyib və ailəsinə başsağlığı verib.
Məlumdur ki, Perrinin qolu və ayağı olmayan cəsədi Oahunun şimal sahilindəki Malaekahana çimərliyində yerli sörfçülər tərəfindən tapılıb. Xilasedicilər onu sahilə çıxarıblar, daha sonra tibb işçiləri aktyorun ölümünü təsdiqləyiblər.
Tamayo Perri Oahunun şərq tərəfində anadan olub və peşəkar sörfçü və daha sonra xilasedici kimi karyera qurub. O, “Karib dənizinin quldurları” franşizasında dördüncü filmdə rol alıb. Aktyorun filmoqrafiyasına “Hawaii Five.0” serialı və “Mavi Dalğa” idman dramı da daxildir.