Vəli İsrafilov “Paris-2024”də iştirak edəcək

Vəli İsrafilov “Paris-2024” Yay Paralimpiya Oyunlarında iştirak edəcək.

Belə ki, Milli Paralimpiya Komitəsinin (MPK) Beynəlxalq Paralimpiya Komitəsinə göndərdiyi sorğuya müsbət cavab verilib.

Bununla da Azərbaycanın paralimpiya, dünya və Avropa çempionu “Paris-2024”də iştirak hüququ (“bipartite”) əldə edib.

V.İsrafilov Fransa paytaxtında SB13 kateqoriyasında 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə yarışında mübarizə aparacaq.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ