Azərbaycanda sabiq deputat vəfat etdi

Milli Məclisin sabiq deputatı Mirkazım Kazımov 74 yaşında dünyasını dəyişib.

Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.

Sabiq millət vəkilinin doğulduğu Cəlilabad rayonunun Hasıllı kəndində dəfn ediləcəyi bildirilir.

Qeyd edək ki, Milli Məclisin ikinci çağırış deputatlarından olan M.Kazımov 1950-ci ildə Cəlilabad rayonunda anadan olub. Uzun illər YAP-da müxtəlif vəzifələr tutan M.Kazımov, həm də “Qasid” ASC-nin sədri olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ