Toyu olacaq 8-ci sinif şagirdinin valideynləri polisə çağırıldı

Gəncə şəhərində 14 yaşlı qızın nişanlanması ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib. O, 8-ci sinif şagirdinə toy mərasiminin keçiriləcəyini yazıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Gəncədə 14 yaşlı qızın nişanlanması ilə bağlı onun valideynləri polis idarəsinə dəvət olunub: “Məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb. Hər iki şxsin valideynləri polis idarəsinə dəvət olunub, onlarla profilaktiki söhbət aparılıb, qanunun tələbləri izah olunub və erkən nikahın məsuliyyəti barədə məlumat verilib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ