Xəbər verdiyimiz kimi, ötən gün saat 15:00 radələrində Şəki rayonunun Baş Zəyzid kəndi ərazisində ağır yol qəzası baş verib.
“Qafqazinfo”nun məlumatına görə, “VAZ 2107” markalı avtomobilin yolu keçən piyada 1953-cü il təvəllüdlü Lətifov Rəsul Vəhbi oğlunu vurub öldürdüyü hadisənin görüntüləri yayılıb.
Görüntülərdən məlum olur ki, R.Lətifov güclü yağışın yağdığı vaxt mağazadan çıxır və islanmamaq üçün başını örtür. O, yolun hərəkət hissəsinə baxmadan və yaxınlaşan nəqliyyat vasitəsini aydın görmədən qaçaraq yolun əks tərəfinə keçmək istəyir və bu zaman minik avtomobili tərəfindən vurulur. Zərbədən 25-30 metr uzaqlığa düşən piyada hadisə yerində vəfat edib.