Azərbaycanda kişiyə qarşı alçaldıcı hərəkətlərin səbəbi məlum oldu - video

Gədəbəydə 26 yaşlı gəncə qarşı alçaldıcı hərəkətlər edilməsinin detalları məlum olub.

Belə ki, Çobankənd kənd sakini Səddam Əliyev, Arıqıran kənd sakinləri Təkin Əliyev və Cəbrayıl Hüseynovla birləşərək həmkəndliləri Nicat Kazımovu döyüblər.

Zərərçəkənin atası Vidadi Kazımov bildirib ki, ona zəng edərək oğlunu döydüklərini və boğazında kəndir izinin olduğunu bildiriblər:

“Onu yazdığı mesaja görə döyüblər”.

İddialara görə, hadisəyə səbəb isə Nicat Kazımovun Səddam Əliyevin həyat yoldaşına söz göndərməsi olub. Belə ki, Nicat Kazimov onun həyat yoldaşına sevgi mesajı yazıb. Bundan sonra həmkəndlilər onu cəzalandırmaq qərarına gəliblər.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən Səddam Əliyev, Təkin Əliyev və Cəbrayıl Hüseynov saxlanılıblar.

Onların barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.

11:08

Gədəbəydə 26 yaşlı oğlana qarşı alçaldıcı hərəkətlər edən 3 nəfər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə bir neçə gün əvvəl rayonun kəndlərindən birində baş verib.

İlkin məlumata görə, həmin kəndin sakini olan 1998-ci il təvəllüdlü Ü.Qasımov (şərti) həmkəndlisinin həyat yoldaşına sevgi mesajı yazıb.

Bundan sonra qadının həyat yoldaşı, onun qohumu və dostu ilə birgə Ü.Qasımovu tutaraq cəzalandırmaq qərarına gəliblər. Onlar 26 yaşlı oğlanı döyərək başına ip bağlayıblar və kənd ərazisində gəzdiriblər. Daha sonra gənc oğlanı mesaj yazdığı qızın anasının yanına apararaq onun ayaqlarından öpməyə məcbur ediblər.

Hadisəni törədən S.Ə., T.Ə. və C.H. tutulublar.

Onların barəsində Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ