“Apollon 8” kosmik gəmisi ilə Ay ətrafında uçan və kosmosda ən məşhur fotoşəkillərdən birini çəkən amerikalı astronavt Uilyam Anders 90 yaşında yüngül təyyarə ilə uçarkən dünyasını dəyişib.
Rəsmi məlumata görə, onun təyyarəsinin Vaşinqton ştatında Sietl şəhərinin şimalında suya düşüb. Andersin oğlu Qreq atasının kiçik təyyarəni idarə etdiyini və cəsədinin cümə günü günortadan sonra aşkar edildiyini təsdiqləyib.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurası bildirib ki, 90 yaşlı Uilyam Anders tərəfindən idarə olunan “Beechcraft A45” təyyarəsi Cons adasının sahillərində təxminən 25 metr aralıda suya düşüb. Qəzanın çəkildiyi güman edilən video görüntülərdə pilotun təyyarənin suya düşməsi, alovlanması və parçalanmasından əvvəl son saniyədə toqquşmadan qaçmağa çalışdığı görünür.
Xatırladaq ki, 1968-ci ildə Anders Aya çatan ilk ekipajlı kosmik gəmi olan “Apollon 8” missiyasının Ay modulunun pilotu olub. O, planetimizin kosmosdan çəkilmiş ən məşhur görüntülərindən biri olan “Yer kürəsi” adlı ikonik fotoşəkilin müəllifi idi.
Foto Milad bayramı ərəfəsində çəkilib. O, Yerin Ay səthinin üfüqündən yuxarı qalxmasını təsvir edir. Anders daha sonra bu fotonu kosmik proqrama verdiyi ən mühüm töhfə adlandırıb.
“Biz bütün bu yolu Ayı araşdırmaq üçün gəldik və kəşf etdiyimiz ən vacib şey Yer olud”, o deyib.