Bakıda mədəkiçiltmə əməliyyatı olunan 29 yaşlı qız öldü

Bakıda cərrahi əməliyyat keçirmiş 29 yaşlı Ülkər Fərzani evə buraxıldıqdan sonra ölüb. Bu barədə Qafqazinfo saytı məlumat yayıb.

Nəşr bildirir ki, paytaxt sakini 1995-ci il təvəllüdlü Ü.Fərzani bir neçə gün əvvəl özəl klinikalardan birində mədəkiçiltmə əməliyyatı olunub.

O, daha sonra evə buraxılıb, lakin dünən Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşadığı evdə mədəsində baş vermiş qanaxma səbəbindən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ