Türkiyə buğda idxalını müvəqqəti dayandıracaq. Bu barədə ölkənin Kənd və Meşə Təsərrüfatı Nazirliyinin saytında məlumat verilib.
Qadağa türk istehsalçılarına dəstək məqsədilə tətbiq edilir.
Məhdudiyyətlərin iyunun 21-dən oktyabrın 15-dək qüvvədə olacağı gözlənilir, lakin bazarın vəziyyətindən asılı olaraq vaxta düzəlişlər edilə bilər.