Azərbaycanda 1 il 9 ay əvvəl törədilən cinayətin üstü efirdə açılıb.
Buta.media xəbər verir ki, ARB-də yayımlanan “Səni axtarıram” verilişində gəlin qayınanasını qətlə yetirdiyini deyib.
O bildirib ki, qayınanası ilə arasında münaqişə yaranıb:
“Aramızda mübahisə oldu, mən bilməyərək onu itələdim, başı pilləkəndə daşa dəydi. Yıxılmağı ilə özündən getdi, mən qorxdum. Bəlkə, heç kəs mənə inanmayacaq ki, bu qız, həqiqətən də, belə bir şey yaşayıb. Getdim otağıma. Özümdə deyildim, bir anlıq ayıldım ki səhər açılıb. Şokda idim, özümə gələ bilmirdim. Hava açıldı, tez evdən çıxıb Nazim dayının yanına getdim. Nazim mənə kömək etdi, dedi ki, bu işin üstünü örtərəm. Dedi ki, bir dayı kimi bu işin üstünü örtəcəm”.
Qadın deyib ki, vicdanı dözməyərək bu hadisəni etiraf edib.
Məlumata görə, verilişdən sonra cinayət törətdiyini etiraf edən qadın saxlanılıb.