Azərbaycanın Omandakı səfiri dəyişdirildi

Azərbaycanın Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri Şahin Şakir oğlu Abdullayev vəzifəsindən geri çağırılıb.

Müvafiq sərəncamı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Rəşad Fail oğlu İsmayılov Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Rəşad İsmayılov 2018-ci ildən Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə çalışıb. 2015-2018-ci illərdə isə Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulu vəzifəsində işləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ