Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana səfəri planlaşdırılmır.
Bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
O, baş nazirin iş gündəmində belə bir səfərin olmadığını vurğulayıb.
Daha əvvəl türkiyəli politoloq Əhməd Şairoğlu X sosial şəbəkəsində yazıb ki, Paşinyan noyabrda COP-29 iqlim sammitində iştirak etmək üçün Bakıya səfər edəcək.