Azərbaycanda yumurtanın qiymətində artım müşahidə olunur.
Bu barədə alıcılar məlumat veriblər.
Bildirilir ki, bir neçə gün bundan 10-11 qəpiyə satılan kənd yumurtası bu gün 14 qəpiyə təklif edilir.
Satıcılar isə bunun səbəbini mövsümlə əlaqələndirirlər:
“Bu ayın sonuna qədər kənd yumurtasının qiyməti artmaqda davam edəcək. Amma iyul ayından sonra yenidən yumurtanın qiymətində azalma müşahidə olunacaq”.