Cəlilabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən avtobus qəzası baş verib.
Belə ki, istirahət mərkəzinə gedən avtobus rayonun Sadatlı kəndi ərazisində qəzaya düşüb.
Hadisə nəticəsində iki nəfər ölüb, çoxlu sayda yaralı var. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Y.Bağırovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.