Bakıda valideyn diqqətsizliyinə görə azyaşlını avtomobil vurub - video

Bakı küçələrinin birində valideyn diqqətsizliyi səbəbindən azyaşlını avtomobil vurub.

Görüntüləri Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev sosial media hesabında paylaşıb.

Kadrlardan görünür ki, azyaşlı uşaq qəfildən yola çıxaraq “Toyota Prius” markalı avtomobilin yan qapısına çırpılıb. 

“Statistika göstərir ki, bir çox hallarda azyaşlılar məhz valideynləri yanlarında olduğu halda yol-nəqliyyat hadisəsinin qurbanına çevrilirlər”, R.Tağıyev qeyd edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ