Azərbaycanda yeni sirk binası inşa ediləcək.
Buta.media “Xalq qəzeti”nə istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev "ASAN Radio"nun "QəbuldASAN" proqramında deyib.
Ə.Qarayev bildirib ki, sirkin hazırkı binası kifayət qədər məhdud bir ərazidə yerləşir:
“Azərbaycanda yeni sirk binasının inşası haqqında düşünməyin vaxtı çatıb. Biz bununla bağlı layihələr hazırlayırıq.
Ümumilikdə, yeni sirk binası inşa olunacaq. Köhnə sirkin binası isə əyləncə, şou və istirahət mərkəzi kimi fəaliyyət göstərəcək. Bu, yenilik olacaq.