İranın Ərak şəhərində dişi şir zoopark işçisini öldürüb, daha sonra erkək şirə qoşularaq qaçıb.
Buta.media-nın xəbərinə görə, bu barədə ABC News məlumat yayıb.
Esfandani soyadlı 40 yaşlı qadın şirlərə xüsusi pəncərədən yem verirdi. Yırtıcılar gözlənilmədən qəfəsin qapısını açıblar və çölə çıxıblar. Dişi şir zoppark işçisinə hücum edərək onu öldürüb.
Şirlər zoopark ərazisində bir müddət gəzəndən sonra onları polis əməkdaşları və mühafizəçilər tutublar.
Hadisənin təfərrüatları araşdırılır.