Rusiya hərbçilərinin ukraynalı əsirlərə işgəncə vermələrinin videosu yayıldı

Ukraynanın Ombudsmanı Dmitri Lubinets sosial şəbəkədə yayılan ukraynalı hərbi əsirlərlə kobud rəftarı əks etdirən videoya görə Beynəlxalq Qızıl Xaç Komitəsinə və BMT-yə müraciət edib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“İnternetdə rusiyalı əsgərlərin ukraynalı hərbi əsirləri döymələri, incitmələri və təhqir etmələri ilə bağlı video yayılıb. İlkin məlumata görə, bu, rusiyalıların hazırda hücum əməliyyatları keçirməyə çalışdığı Xarkov istiqamətində baş verib. Kadrlarda döyülmə, alçaldılma, təhdidlər və simulyasiya edilmiş edam halları qeydə alınıb. Təəssüf ki, ukraynalı hərbi əsirlərlə bu cür rəftar qaydadan istisna deyil, bu, işğalçılar üçün ümumi taktikadır”, - Lubinets bildirib.

Ukrayna Ombudsmanı qeyd edib ki, bu cür hərəkətlər Cenevrə Konvensiyasının pozulmasıdır. O vurğulayıb ki, bu hadisə Rusiya tərəfindən beynəlxalq humanitar hüququn pozulmasının növbəti sübutu kimi qeydə alınmalıdır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ