ABŞ-ın “birinci pişiyi” Ağ Evdə məskunlaşıb - Zərif “Villou” ilə tanış olun - FOTO

 

ABŞ prezidentinin Vaşinqtondakı rəsmi iqamətgahında 10 ildən artıq müddətdə ilk dəfə pişik məskunlaşıb. 

"Villou (Willow) ilə tanış olun!" ABŞ-ın birinci xanımı Cil Bayden Tvitter hesabında yaşıl gözlü pişiyin bir neçə fotosunu dərc edib. Sadəcə ona heyran ol.

"Villou" iki yaşındadır. O, əvvəllər Pensilvaniyada fermada yaşayırdı. Pişik hələ balaca olarkən Amerika siyasətinə qarışıb.

2020-ci ildə, kampaniya zamanı, Cill Bayden Pensilvaniyada çıxış edərkən, pişik səhnəyə qaçıb və onun çıxışını dayandırıb. Onların arasında dərhal sevgi yaranıb və pişiyi olan yerli fermer mırlayan şəxsi Co Baydenin həyat yoldaşına vermək qərarına gəlib.

ABŞ-ın birinci xanımı onun adını Baydenin uşaqlıqda böyüdüyü Pensilvaniya ştatındakı Willow Grove şəhərinin şərəfinə qoyub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ