SOCAR SARB və “Umm Lulu” yataqlarında iştirak payının 3%-ni alıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında SARB və “Umm Lulu” yataqlarında iştirak payının 3 %-nin SOCAR-a verilməsinə dair Saziş imzalanıb.

SOCAR-ın prezidenti Rövşən Nəcəfin və ADNOC-un upstream üzrə icraçı direktoru Abdulmunim Saif Əl Kindinin iştirakı ilə keçirilən imzalanma mərasimində Azərbaycan ilə BƏƏ arasında strateji enerji tərəfdaşlığına əsaslanan sənədin SOCAR-ADNOC əməkdaşlığının genişləndirilməsinə xidmət etdiyi bildirilib.

Tədbirdə şirkətlər arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb. Bu xüsusda ADNOC tərəfindən “Abşeron” qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinin, həmçinin şirkətlər arasında “mavi hidrogen”, geotermal və karbon idarə edilməsi üzrə əməkdaşlıq məsələlərini nəzərdə tutan Strateji Əməkdaşlıq Sazişinin önəmi qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ