"Vaqner" muzdlularının kütləvi davası - video

Rusiya Federasiyası Çelyabinsk vilayətində kütləvi dava baş verib.

Dava mayın 25-də Çelyabinsk şəhərinin Leninski rayonundakı həyətlərdən birində baş verib. Hadisə şahidləri hadisəni videoya çəkiblər. Yayımlanan görüntülərə əsasən, Ukraynadakı müharibədə iştirak etmiş Vaqner ÖHŞ-nin keçmiş muzdluları olan azı 15 nəfər bir neçə gənci asfaltın üstünə qoyub, o cümlədən dəyənəklərlə döyüblər. Daha sonra videodan belə görünür ki, qara geyimli bir qrup gənc hadisə yerinə gələrək atəş açıb, vaqnerlilər isə qaçmağa cəhd ediblər.

Rusiya Federasiyası İstintaq Komitəsinin Çelyabinsk vilayəti üzrə İdarəsi bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq maddəsi ilə (Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi) atışma ilə baş vermiş kütləvi davadan sonra cinayət işi açıb. 

Bu barədə mayın 26-da axşam saatlarında İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Şöbə bildirib ki, “münaqişə iştirakçıları şəxsi düşmənçilik zəminində öz rəqiblərinə travmatik silahlardan atəş açıblar;

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ