Bakıda müşahidə edilən tozlu hava ilə bağlı - açıqalama

Hazırda Bakı və Abşeron yarımadasında havada tozun konsentrasiyası artaraq normadan 1.5-1.7 dəfə artıq müəyyən edilib.

Bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva deyib.

O bildirib ki, peyk görüntülərinə əsasən, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir.

Tozlu hava şəraitinin sabah gündüz saatlarına qədər davam edəcəyi gözlənilir.

Xatırladaq ki, səhər saatlarında havada tozun miqdarı normadan 1.3 dəfə artıq olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ