Bakının Suraxanı rayonu, Hövsan qəbəsində 31 yaşlı Elşən Hadızadə qətlə yetirilib.
Buta.media xəbər verir ki, hadisə yanvarın 30-da baş verib.
Hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb.
G.Vəlizadə şübhəli şəxs qismində saxlanılıb.
Fakta görə, Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb.