Daşkənddə qadının azyaşlı qızı ayının qəfəsinə atmasının görüntüləri yayılıb.
Buta.media xəbər verir ki, hadisə yanvarın 28-də baş verib.
Şəhər zooparkında qadın öz uşağını beş metrlik hündürlükdən heyvanın qəfəsinə atır, ayı isə sadəcə körpəni itələyərək gedir. Sonradan azyaşlının köməyinə çatan zoopark işçiləri onu xilas ediblər.
Azyaşlı qız yalnız hündürlükdən yıxılması ilə bağlı zədələr alıb, yırtıcı ona toxunmayıb. Həkimlər uşağa açıq kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu qoyublar.
Bildirilir ki, Zuzu ləqəbli ayı 2017-ci ildə Bakı zooparkından Özbəkistanın paytaxtına aparılıb.