Putin: Zelenskinin legitimliyi bitib

Rusiya lideri Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenskinin legitimliyinin “bitdiyini” açıqlayıb. Onun sözlərini “İnterfaks” sitat gətirib.

Putin Minskdə keçirdiyi mətbuat konfransında jurnalistlərin Zelenskinin səlahiyyət müddətinin başa çatması ilə bağlı sualını cavablandırarkən deyib:

“Əlbəttə, biz hazırkı dövlət başçısının legitimliyinin sona çatdığını bilirik”.

Prezident əlavə edib ki, Rusiya danışıqlardan imtina etməyib, lakin hüquqi qüvvəyə malik sənədləri imzalamazdan əvvəl Moskva “kiminlə iş görməyi” başa düşməlidir.

Putin həmçinin bildirib ki, İsveçrədə keçiriləcək konfransın məqsədi Qərb ictimaiyyəti tərəfindən Zelenskinin legitimliyini təsdiqləməkdir.

“Ancaq bu PR addımlarının hüquqi sənədlər üçün əhəmiyyəti yoxdur. Biz tam əmin olmalıyıq ki, qanuni hakimiyyətlərlə iş aparırıq”.

Eyni zamanda, Putinin fikrincə, Zelenskinin legitimliyi ilə bağlı suala “Ukraynanın özündə cavab verilməlidir”. 

“Biz Ukrayna Konstitusiyasında yazılanlara baxmalıyıq, hansı hakimiyyət orqanları Ukrayna Konstitusiyasına əsasən seçkisiz, seçki prosedurları olmadan uzadılmaq hüququna sahibdir və hansı hakimiyyət orqanları bu hüquqlara arxalana bilməz. Bunlar Ukraynanın siyasi və hüquqi sistemi üçün suallardır”, - deyə o, yekunlaşdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ